MAQATE təcili toplaşacaq | VİDEO

   MAQATE təcili toplaşacaq    | VİDEO
  22 İyun 2025    Oxunub:1131
Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) İran ətrafındakı vəziyyətlə bağlı iyunun 23-də təcili iclas keçiriləcəyini açıqlayıb.
AzVision.az xəbər verir ki, MAQATE-nin baş direktoru Rafael Qrossi “X” sosial şəbəkəində bununla bağlı paylaşım edib.

“İrandakı fövqəladə vəziyyət fonunda mən sabah MAQATE-nin Rəhbərlər Şurasının fövqəladə iclasını çağırıram”, - Qrossi Yazıb.

Qeyd edək ki, məhz İranın Xarici İşlər nazirliyi ABŞ-nin İslam Respublikasının nüvə obyektlərinə endirdiyi zərbələrin qarşılığında NAQATe-nin Rəhbərlər Şurasının fövqəladə iclasının çağırılmasını tələb edib.

- Biz MAQATE-nin Rəhbərlər Şurasının fövqəladə iclas çağırmasını və ABŞ-nin ölkənin dinc nüvə obyektlərinə təhlükəli hücumu ilə bağlı tədbir görməsini tələb edirik”, - bəyanatda deyilir.
Rəsmi Tehran onu da vurğulayıb ki, bu obyektlər MAQATE-nin nəzarətində idi.

Xatırladaq ki, iyunun 22-nə keçən gecə İranın Natanzda, İsfahanda və Fordoda yerləşən nüvə obyektlərinə Amerikanın B-2 təyyarələri ən azı altı 15 tonluq bunker bombaları atıb, sualtı qayıqlar isə onlara 30-a yaxın “Tomahawk” qanadlı raketi buraxıb.

İranın Atom Enerjisi Agentliyi (İAEA) ABŞ-nin hücumundan heç bir radioaktiv sızma aşkar etmədiyini açıqlayıb.


Sahil İsgəndərov
AzVision.az




Teqlər:   MAQATE   təcili  



Xəbər lenti